Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

Anar Nəcəfli yenidən televiziyaya qayıtdı

Anar Nəcəfli yenidən televiziyaya qayıtdı

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli yenidən televiziyaya qayıdıb

Yenixeber.org:  bu barədə Anar Nəcəfli sosial şəbəkədəki hesabında məlumat yayıb. O, hazırki işindən ayrılmadığı bəyan edib.

"İşimdən ayrılmamışam və işimə davam edirəm. Sadəcə olaraq bundan sonra əsas işimlə paralel olaraq ARB TV-nin əsas xəbər buraxılışının aparıcısı olaraq fəaliyyətimi davam etdirəcəyəm. Bununla əlaqədar "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədova, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində qalaraq həm də ARB TV-nin xəbər aparıcısı kimi fəaliyyət göstərməyimə razılıq verdiyi üçün minnətdarlığımı bildirirəm. ARB TV-nin rəbərliyinə isə mənə etimad göstərib uzun illərdən sonra yenidən efirə qayıtmağıma şərait yaratdığı üçün təşəkkür edirəm. Bundan sonra da çalışacağam ki, həm təmsil etdiyim qurumun ictimaiyyətlə əlaqələrinin müsbət istiqamətdə inişaf etdirilməsində əlimdən gələni etməyə davam edim, həm də xəbər aparıcısı olaraq mənə göstərilən etimadı doğruldum" -, deyə A.Nəcəfli vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam