Prokurorluğun 100 illiyinə həsr olunmuş konfrans keçirilib
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Yenixeber.org: Baş Prokurorluqdan verilən məlumata görə, konfransda Milli Məclisin, Ədliyyə və Daxili İşlər nazirliklərinin, Konstitusiya və Ali məhkəmələrinin, qeyri hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Respublikası Prokurorluğunun yaranma tarixi, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti və bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində artan rolu barədə ətraflı məlumat vermişdir.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də Azərbaycanın dövlət müstəqilliyini bəyan etdiyi “İstiqlal Bəyannaməsi”ndə müəyyən etdiyi prinsiplərə sadiq qalmaqla konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaq, insan hüquq və azadlıqlarını dolğun təmin edən demokratik dövlət yaratmaq, hakimiyyətin üç qolunu - qanunvericilik, icra və məhkəmə orqanlarını formalaşdırmaq məqsədi ilə mühüm qanun və qərarlar qəbul etmişdi. Milli tələblərə və demokratik prinsiplərə cavab verən hakimiyyətin əsasını təşkil edən dövlət orqanları yaradılmış, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli Qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edilməklə fəaliyyətə başlamışdı.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə Referendumla qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını, hüquq sisteminin bünövrəsini formalaşdırıb. Əsas Qanunda Azərbaycan Respublikası Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilib. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirməklə yanaşı, müasir prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq qurumunun hüquqi varisi olmasını təsdiq edib.
Tədbirdə xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirib. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.
Baş Prokurorluğun idarə rəisləri Nazir Bayramov, Natiq Hüseynov, Elşən Abbasov, Nazim Rəcəbov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev tədbirdə prokurorluğun tarixi kökləri, prokurorluğun hüquqi statusu ilə bağlı elmi-nəzəri baxışlar və təcrübədə tətbiq olunan modelləri, prokurorluq orqanlarının cinayət mühakimə icraatında və ondan kənarda vəzifə və səlahiyyətləri, milli prokurorluğun ölkənin inkişaf strategiyasına uyğun olaraq institusional baxımdan təkmilləşdirilməsi istiqamətləri, prokurorluğun Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə orqanlarının tərkibində fəaliyyəti, müasir dövrdə qanunvericilik aktlarının layihələrinin hazırlanması və bu sahədə normayaradıcı prosesin yüksək tələblər səviyyəsində həyata keçirilməsi, eləcə də milli dövlətçiliyin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolu, korrupsiyaya qarşı mübarizənin prokurorluğun prioritet fəaliyyət istiqaməti və prokurorluğun kadr tərkibinin müasirləşdirilməsi mövzularında çıxışlar ediblər.
Konfransda çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə, vətəndaş cəmiyyəti institutunun rəhbərləri Rauf Zeyni, Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Xələfov prokurorluğun son 100 il ərzində keçdiyi və dövlət səviyyəsində yüksək dəyərləndirilən inkişaf yolu və həyata keçirilən islahatlar barədə məlumat verməklə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qanunçuluq prinsiplərinin daim ön plana çəkildiyi, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı və onun nüfuzunun yüksəldiyini xüsusi vurğulayaraq, dövlətin bu mühüm təsisatının cəmiyyətin və dövlətin maraqlarının qorunmasında, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadığını müsbət qiymətləndirib və bu istiqamətdə işlərin eyni intensivliklə davam etdiriləcəyinə inam ifadə olunub.
Baş prokurorun müavini tədbirə yekun vurmaqla onun Azərbaycan Prokurorluğunun 100 illik yubileyi ilə bağlı keçirilən vacib tədbirlərdən biri olduğunu qeyd edərək konfransın səmərəli, canlı müzakirələr və faydalı fikir mübadiləsi şəraitində keçdiyini bildirib.