Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir Ramil Usubov Xoşbəxt Yusifzadəni təltif etdi–Təqdimat + FOTO

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 14 avqust 2018-ci il tarixli əmri ilə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yenixeber.org: DİN-dənverilən məlumata görə, ölkəmizin qocaman neftçi-aliminə mükafat Daxili İşlər Nazirliyində təqdim olunub.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb.

Nazir qeyd edib ki, Xoşbəxt Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.

Akademik Xoşbəxt Yusifzadə mükafat üçün səmimi minnətdarlığını bildirib, respublikada asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam