Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Trampdan miqrantlara növbəti təhqir: "Onlar heyvandır"

 

Tramp yenə miqrantları təhqir etdi: "Onlar heyvandır"
ABŞ prezidenti Donald Tramp növbəti dəfə miqrantların ünvanına təhqiramiz ifadələr səsləndirib. 
 Yenixeber.org: "REN TV”yə istinadən xəbər verir ki, “Vədlərimizi saxlayırıq” şüarı altında amerikalılar qarşısında çıxış edən Tramp ABŞ-a gələn miqrantları tənqid və təhqir edərək onları “heyvan” adlandırıb.
“Demokratlar sərhədləri açmaq istəyir. Amma mən istəmirəm ki, milyonlarla qanunsuz miqrantlar ölkəmizə gəlsinlər. Çünki onların arasından minlərlə miqrant cinayətkara çevrilirlər və insanları öldürürlər. Yadınızdadırmı, miqrantları heyvan adlandırdığım üçün məni ittiham etmişdilər? Nə etməli – onlar həqiqətən də heyvandırlar!” ,– deyə Tramp bildirib. 

Tramp həmçinin, ABŞ-la Şimali Koreya rasında başladılan dialoqu qəbul etmək istəməyən jurnalistlər haqqında da kobud sözlər işlədib. Onların etirazına cavab olaraq vurğulayıb ki, bu gün Şimali Koreya lideri Kim Çen In Sinqapur görüşündən bəri artıq üçüncü dəfədir ki, Vaşinqtona məktub göndərib və bu, böyük diplomatik uğurdur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam