Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

42 dərəcə isti olacaq-Bu gün

Bu gün 42 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli havaşəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam