Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"TANAP Azərbaycan və Türkiyə üçün həyati bir layihədir" -Ərdoğan

"TANAP Azərbaycan və Türkiyə üçün həyati bir layihədir" - Ərdoğan
“Prezident olaraq and içdikdən sonra ilk iş olaraq qardaş, dost Azərbaycanı ziyarət edərək vəzifəmizin icrasına başlamaq istədim. Təkbətək və heyətlərarası görüşdə bu günə qədər harada idik, bundan sonra harada olmalıyıq məsələlərini müzakirə etmək imkanımız oldu”.
Yenixeber.org: Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan qeyd edib ki, Azərbaycanla enerji və müdafiə sənayesi ilə bağlı əlaqələr xüsusi əhəmiyyət kəsb edir: “TANAP Azərbaycan və Türkiyə üçün həyati bir layihədir. Bu layihə təkcə Azərbaycan-Türkiyə yox, eyni zamanda Azərbaycan-Avropa əlaqəsinin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və qardaşlığımızın təzahürü olmaqla yanaşı, strateji yatırım olması baxımından da önəm daşıyır”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam