Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb -YENİLƏNİB-2 - VİDEO


Daha 48 nəfər itkin düşümş hesab edilir

 Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Son məlumatlara görə, təbii hadisə zamanı həmçinin azı 48 nəfər itkin düşüb. Xilasedicilər ölkənin özünümüdafiə qüvvələrinin dəstəyi ilə sübh tezdən axtarış əməliyyatlarını davam etdiriblər.

Yaponiyanın baş naziri Sindzo Abe hökumətin təcili iclasını keçirib. İclasda ölkədə yaranmış ağır vəziyyət müzakirə edilib.

"İndi biz zamanla mübarizə aparırıq, insanların çoxunun təhlükəsizliyinə isə indiyədək zəmanət verilməyib. Bütün qüvvələri insanların xilasına yönəltmək lazımdır", - deyə Abe vurğulayıb.


***20:12

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Bu barədə "New Straits Times" qəzeti xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə nəticəsində daha 48 nəfər itkin düşüb. Bununla yanaşı, 5 nəfər huşunu itirib.

Hazırda xilasetmə əməliyyatlarında ölkənin özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 48 min əməkdaşı iştirak edir. Ölkənin cənub-qərbində yaranmış vəziyyət olduqca ciddi qiymətləndirilir.


***10:21

Yaponiyada leysan yağışı və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə TASS verir.

Son məlumatlara görə, daha 50 nəfər itkin düşmüş sayılır. Xilasedicilər Yaponiyanın özünümüdafiə qüvvələrinin dəstəyi ilə axtarış əməliyyatlarını davam etdirirlər.

"Kyodo" agentliyi xəbər verir ki, Yaponiyanın qərbində daha 3 mln. nəfərin təxliyyəsi tövsiyə olunur. Ən ağır vəziyyət Xirosima və Kioto prefekturalarında yaranıb. Burada çaylarda suyun səviyyəsi kritik həddə çatıb. Təbii fəlakət nəticəsində iri müəssisələr, fabriklər fəaliyyətini dayandırıb.(report)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam