Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranla sərhədimiz tam açılır

İranla sərhədimiz tam açılır

 

              Tehran 9 il əvvəldən planlaşdırılan layihənin icrasına başlayıb

 

   "Xeberinfo.com": Azərbaycanla İran arasında fəailiyyət göstərən Biləsuvar sərhəd buraxılış məntəqəsinin yaxın vaxtlarda 24 saat ərzində fəliyyət göstərməsi üçün hazırlıq işləri gedir. 
     ANS PRESS-in bölgə müxbirinin verdiyi mlumata görə, İran tərəfi bildirib ki, buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsilə İran Biləsuvarında azad iqtisadi zona yaradılacaq.
   Qeyd edək ki, qarşı tərəf bu təcrübə ilə hələ 9 il əvvəl Azərbaycanla həmsərhəd olan Culfa bölgəsində 53 min hektar ərazini əhatə edən “Araz” azad iqtisadi zonasını yaradıb.
İqtisadi zonada fəaliyyət göstərən müəssələr isə 20 il müddətinə vergi və rüsumdan azad edilib. Sərhəd buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti Azərbaycan tərəfi üçün də sərfəli olacaq. İlkin olaraq yeni qaydalar buraxılış məntəqəsindən qarşı tərəfə keçən sürücülər, piyadalar və fasiləsiz çalışacaq iaşə obyektlərinin sahiblərini daha çox sevindirir.
Biləsuvar gömrük idarəsinin rəis müavini Mirrafiq Mirsulatonovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Azərbaycan tərəfi buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsinə texniki baxımdan tam hazırdır. Qurum rəsmisi əlavə edib ki, axşam nöbəsində çalışacaq heyət tam təşkil olunana qədər, hələ ki, bura digər buraxılış məntəqələrindən ezam olunmuş işçilərin cəlb olunması gözlənir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam