Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Trampla Kim Çen Inın görüşünün gündəliyi açıqlandı

Trampla Kim Çen Inın görüşünün gündəliyi açıqlandı
Sabah Sinqapurda keçiriləcək tarixdəki ilk ABŞ-Şimali Koreya sammiti bu ölkələrin liderləri – Donald Trampla Kim Çen Inın yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək görüşü ilə başlayacaq.
Yenixeber.org: Bu barədə məlumatı Ağ Ev yayıb. Qeyd olunur ki, Trampla Çen Inın görüşü Sinqapur vaxtı ilə səhər saat 09:00-da olacaq. Təkbətən görüşdən sonra baş tutacaq geniş tərkibli görüşdə isə ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo, Ağ Ev aparatının rəhbəri Con kelli və Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con bolton da iştirak edəcəklər.

İşçi nahara isə Ağ Evin sözçüsü Sara Sanders, ABŞ-ın Filippindəki səfiri Sun Kim və Milli Təhlükəsizlik Şurasında Asiya üzrə baş direktor Mett Pottinqer də qatılacaqlar.

Qeyd edək ki, sabah Sinqapurdakı ABŞ-Şimali Koreya ikitərəfli sammitinin başlıca mövzusu Koreya yarımadasında sülhə nail olmaq və Şimali Koreyanın nüvəsizləşdirilməsidir. Sinqapur görüşünə hazırlıq mərhələsində Pxenyan Vaşinqtondan tələb etmişdi ki, sammitdə ABŞ-la diplomatik əlaqələr qurulması və sanksiyaların aradan götürülməsinə dair razılıq əldə olunmalıdır. ABŞ prezidenti Donald Tramp isə görüşün uğurlu keçəcəyi təqdirdə, Pxenyanla sülh müqaviləsi imzalanacağını istisna etməyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam