Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Aydın Bəşirovun aktrisaya bağışladığı ev geri alınır?

 

8

 

 

 

 

 

Xəzər Dəniz Gəmiçiliyi sabiq rəis Aydın Bəşirovun özəlləşdirdiyi əmlakla bağlı araşdırmalara başlayıb.

   "Xeberinfo.com": Bu haqda axar.az bildirir ki, XDG-nin balansında olan mülklərin siyahısı hazırlanır. Bu siyahı üzrə qurum öz əmlaklarını balansına geri qaytarmaq üçün məhkəməyə iddia ərizəsi verməyi nəzərdə tutub.
Xəbərdə o da deyilir ki, A.Bəşirovun özəlləşdirdiyi əmlak siyahısında Xalq artisti Məleykə Əsədovaya bağışladığı mənzilin də olduğu iddia edilir. Vaxtilə keçmiş rəis aktrisaya ev hədiyyə edib. Güman olunur ki, məhkəməyə təqdim olunacaq siyahıda M.Əsədovaya verilən ev də var.
Qeyd edək ki, A.Bəşirov müğənni-aktrisaya ev bağışlamasını öz açıqlamasında təsdiqləmişdi: “Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə yanıma gəldi və xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev”.
Daha sonra isə aktrisanın həmin evdən balkon çıxarmasına da məhz A.Bəşirovun icazə verdiyi məlum olub. Məmur eləcə də bildirib ki, Məleykə Əsədovanın sənətini bəyəndiyi üçün ona ev hədiyyə edib: “Hətta toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, Xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam