Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ebola Azərbaycana çatdı”





    Həcc ziyarətindən qayıdan zəvvarlardan "Ebola virusu" ilə bağlı ilk müraciət daxil olub. 

    "Xeberinfo.com": Belə ki, dünən Həcc ziyarətindən qayıdan zəvvarlardan biri Ebola virusuna qarşı müayinədən keçmək üçün Respublika Taun Əleyhinə Stansiyaya müraciət edib. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, Sumqayıt sakini olan həmin şəxs öncə “Qaynar xətt”lə əlaqə saxlayıb, sonradan isə birbaşa onunla danışıb. Onun sözlərinə görə, zəvvar "Ebola virusu" təhlükəsi barədə eşitdiyini və bununla bağlı müayinədən keçmək istədiyini bildirib: “Ona məlumat verildi ki, həmin şəxs yerli poliklinikaya müraciət edərək 21 gün ərzində nəzarətdə saxlanılmalıdır. Əgər səhhətində heç bir dəyişiklik olmasa, təhlükə yoxdur. Həm də deyildi ki, temperatur olsa da, həyəcan keçirməsin ki, bu, virusa yoluxmadır. Çünki qış vaxtıdır, ona görə soyuqdəymə və temperatur ola bilər. Belə hallar olarsa, hər ehtimala qarşı həkimə müraciət edilməlidir”.

   Ş.Qurbanov qeyd edib ki, müraciət edən zəvvarın heç bir narahatlığı olmayıb, sadəcə ziyarətdən gəldikdən sonra müayinə olunmaq istəyib: “Həcc ziyarətindən gələn zəvvarlardan da müayinədən keçmək istəyənlər ərazi üzrə poliklinikalara müraciət etməlidir. Hansısa hal dəyişikliyi, müəyyən əlamətlər olarsa, müayinə olunacaqlar. Bu xəstəliyin maksimal inqubasiya dövrü 21 gündür. Mikrob onun bədənində ola bilər, ancaq əlamətləri çıxmaz. Virus bədəndə varsa, 21 gün ərzində mütləq özünü göstərəcək”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam