Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrəvanda yenidən etiraz aksiyası keçirilir

İrəvanda yenidən etiraz aksiyası keçirilir
Ermənistanda siyasi məhbusların azad olunmasını tələb edən aksiyalar yenə davam edir. Hazırda Kassasiya Məhkəməsinin binası önündə Qarabağ döyüşlərinin iştirakçısı, separatçıların Dağlıq Qarabağdakı silahlı birləşmələrinin keçmiş komandiri Samvel Babayanın müdafiəsi naminə aksiya keçirilir.
Yenixeber.org: Erməni KİV-ləri bildirir ki, nümayişçilər əllərində Babayanın şəkilləri olan plakatları tutaraq, onun azadlığa buraxılmasına qarşı çıxan baş prokuror Artur Davtyanın vəzifədən uzaqlaşdırılmasını tələb edirlər.

"Siyasi məhbuslara azadlıq" şüarı səsləndirən aksiya iştirakçıları Ermənistan baş naziri Nikol Paşinyanı da məsələ ilə bağlı konkret addım atmağa çağırıblar. Paşinyan isə bundan əvvəlki çağırışlara "etiraz aksiyalarını dayandırın" cavabını vermişdi.

Qeyd edək ki, Samvel Babayan 2017-ci ildə həbs edilərək, məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Gürcüstandan qanunsuz olaraq “İqla” daşınabilən zenit raket kompleksini Ermənistana keçirməkdə, silah və hərbi-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasında, həmçinin çirkli pulların yuyulması və korrupsiyada ittiham edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam