Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Helsinki Kommissiyası”ndan Azərbaycanla bağlı bəyanat

“Helsinki Kommissiyası”ndan Azərbaycanla bağlı bəyanat
ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alsi Heystinqs (demokrat, Florida) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.
Yenixeber.org: Bəyanatda 1918-ci il mayın 28-də müstəqil dövlət qurmuş Azərbaycan Respublikasına təbrik ünvanlanır. Qeyd edilir ki, İstiqlal Bəyannaməsi qəbul edən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament respublikası idi.

Diqqətə çatdırılır ki, bolşevik işğalına məruz qalan Azərbaycanda sovet hakimiyyəti qurulur və respublika SSRİ-nin tərkibinə qatılır. Sovet İttifaqı dağılarkən Azərbaycan xalqı yenidən müstəqillik hərəkatına başlayıb və 1991-ci il avqustun 30-da müstəqilliyini bərpa edib. ABŞAzərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. Bəyanatda ABŞ-ın həmin tarixdən etibarən Azərbaycan Respublikasının dövlət müstəqilliyini, suverenliyini və beynəlxalq ictimayyət tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi xüsusi vurğulanır.

Azərbaycanın xüsusən 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dost olması ilə seçildiyi, ABŞ-a qarşı o hücumları həyata keçirən şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması üçün Azərbaycanın ABŞ-a təmənnasız yardım etdiyi diqqətə çatdırılır. Həmçinin, ABŞ-ın əziz dostu olan İsrail ilə də Azərbaycanın dost olduğu bəyanatda qeyd edilir. 2017-ci ildə Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd edildiyi və bu münasibətlərə nümunə kimi iki dövlət arasında geniş ticarət əlaqələrinin və regionda enerji təhlükəsizliyinin güclənməsinə öhdəliyin olması nümunə gətirilir.

Bəyanatın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi münasibətilə Azərbaycan xalqına səmimi təbriklər çatdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam