Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlət Yol Polisi İdarəsi Lənkəran və Masallıda maarifləndirici tədbirlər keçirib

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) təşəbbüsü ilə Lənkəran və Masallı rayonlarında maarifləndirici tədbirlər keçirilib 

Yenixeber.org: Yol hərəkətinin tənzimləməsi və hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə hər iki rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə çıxış edən BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Dövlət Yol Polisi xidmətində son illər fəaliyyətin müasir tələblərə uyğun qurulması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və həyata keçirilən digər tədbirlər nəticəsində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində müsbət nəticələrə nail olunub. 

O vurğulayıb ki, lakin nəqliyyat vasitələrinin, hərəkət iştirakçılarının sayı artdıqca görülən tədbirlərin miqyası daha da artırılmalıdır: "Məsələn, hazırda Lənkəran və Masallı rayonlarının hər birində təxminən 20 min nəqliyyat vasitəsi var. Nəqliyyat vasitələrinin getdikcə artdığı, hərəkətin sıxlaşdığı bir vaxtda istər sürücülər, istərsə də piyadalar tərəfindən yol hərəkəti qaydalarına daha ciddi riayət olunmalıdır ki, axır nəticədə yol qəzaları baş verməsin".

K.Əliyev ki, son illər eyni zamanda istər Baş Dövlət Yol Polisi İdarəsinin, istərsə də ərazi polis orqanlarının aidiyyaəti xidmətin əməkdaşları tərəfindən ictimaiyyət arasında, təhsil müəssisələrində və digər kollektivlər qarşısında mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur: "Aparılan həmin profilaktiki işlərin, görülən davamlı tədbirlərin nəticəsidir ki, son illər yol qəzalarında həyatını itirənlərin sayında azalma müşahidə edilir".

Daha sonra çıxış edən BDYPİ-nin YPX Alayının xidmət üzrə komandir müavini, polis polkovnik-leytenantı Xosrov Nəcəfov deyib ki, qanun-qaydalara riayət olunması və yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat işində vətəndaşlar da yol polisinə dəstək olmalıdırlar: "Hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol hərəkəti qaydalarına etinasızlıq və ya ani diqqətsizlik sonda ağır qəzalara, nəticələrə səbəb ola bilər. Bu isə həm sürücülər, həm də hərəkət iştirakçıları üçün həyati təhlükə kəsb edir".

Digər çıxış edənlər də profilaktiki tədbirlərin əhəmiyyətini və bu işlərin daha da genişləndirilməli olduğunu diqqətə çatdırıblar. Buna səbəb isə aşkarlanan bəzi ciddi qayda pozuntularının sayında artımın müşahidə edilməsidir. Bildirilib ki, Masallı rayonunda ötən ilin birinci rübündə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin sayı 89 idisə, bu ilin müvafiq dövründə isə 93 nəfər olub. Lənkəranda isə göstərilən müddət ərzində 82 sərxoş sürücü müəyyən edilib. Eyni zamanda ötmə qaydalarının, işıqforun qırmızı işığının tələbini və digər qaydaları pozan sürücülərin sayında da artım müşahidə olunur.

Tədbirlərdə iştirakçıların müraciət və təklifləri dinlənilib, müzakirələr aparılıb, onların çoxsaylı sualları cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam