Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyevin qələbəsi münasibətilə Bakıda avtomobil yürüşü təşkil edilib

İlham Əliyevin qələbəsi münasibətilə Bakıda avtomobil yürüşü təşkil edilib

 

 

Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Avtomobil Federasiyası aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədilə avtomobil yürüşü təşkil edib

 

Yenixeber.org: 100-ə yaxın “offroad” avtomobilinin qatıldığı yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Avtomobillər Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi - Bülbül prospekti - Xaqani küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Neftçilər prospekti - Dövlət Bayrağı Meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - “Koroğlu” metrostansiyası - Heydər Əliyev prospekti - Gülarə Qədirbəyova küçəsi - Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.

Yürüşdə Yeni Azərbaycan Partiyasının və Azərbaycan Avtomobil Federasiyasının üzvləri iştirak ediblər.

İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlarla Bakının mərkəzi küçələri ilə yürüş ediblər.

Yürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam