Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Həbsdə olan 3 dindar azadlığa çıxdı

Həbsdə olan 3 dindar azadlığa çıxdı

 

 

2012-ci il 5 oktyabrda orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbilə həbs olunan şəxslərdən 3 nəfər;  Tərlan Ağadadasov, Rövşən Allahverdiyev və  İlham Hətəmov  bu gün azad olunublar

 

Yenixeber.org: Onlar bu gün saxlanıldıqları cəza çəkmə müəssisələrində 5 il 6 ay həbs müddəti bitdikdən sonra buraxılıblar. İslamazeri.com-a münasibət bildirən Tərlan Ağadadaşov "Bizim kimi digər ruhani və dindar qardaşlarımız, bütün nahaqqdan həbs olunanların azad olunmasını Allahdan diləyirəm. Bu günə qədər bizlərə mənəvi, maddi dəstək verənlərə təşəkkürümü bildirirəm.

Hazırda Biləcəridəki evimdəyəm, gəl-get edən qohum tanışları qarşılayırıq. Mən "Tubzon"dan,  Rövşən Allahverdiyev və  İlham Hətəmov da, həbsdə olduqları CÇM-lərindən buraxılıblar. Oktyabr aksiyasında bizimlə birlikdə həbs olunan 3 nəfər həbsdə qalıb. İnşəllah Allah onların da qapısını açsın", - bildirib.

Qeyd edək ki, 5 oktyabr 2012-ci ildə keçirilən hicab qadağasına etiraz aksiyasında həbs olunan 3 nəfər: Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayev 6 ay sonra azad olunacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam