Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qazaxıstanda həbslər:4 jurnalist saxlanıldı

 

 

   

 

Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları “Forbes” jurnalı və “Ratel.kz” portalının ofislərində axtarış aparıblar.

Yenixeber.org: Axtarış zamanı polis ofislərin əmlaklarını müsadirə edib, jurnalistlərin isə mobil telefonlarını əllərindən aıb. Axtarış başa çatdıqdan sonra “Forbes”in baş redaktorunun müavini Aleksandr Vorotilov polis tərəfindən saxlanılıb. Bir müddət sonra isə “Ratel.kz”saytının rəhbər şəxsləri olan Marat Asipov, Sapa Mekebayev və Anna Kalaşnikov həbs edilib. Saxlanılan jurnalistlərin hər biri naməlum istiqamətdə aparılıb.

“Forbes Qazaxıstan”ın sahibi olan Armancan Baytasov artıq açıqlama yayaraq axtarışın fotosunun çəkilməsinə belə izn verilmədiyini deyib:

“Biz axtarışı aparanlara suallar veririk. Onlar heç kimlə danışmırlar, sadəcə telefonla məsləhətləşirlər. Bizə axtarış barədə orderi təqdim etmirlər”.

“Ratel.kz” saytı isə artıq öz Feysbuk səhifəsində axtarışın və həbslərin keçmiş Maliyyə naziri Zeynulla Kakimcanovun şikayəti əsasında baş tutduğu haqqında informasiya yayıb.

 

Qeyd edək ki, Kakimcanovun hər iki saytla uzun illər məhkəmə çəkişməsi olub. Məhkəməni sonda keçmiş nazir udub. Qərara əsasən, hər iki KİV orqanı Kakimcanov haqqında dərc etdikləri materialları pozmalı və 50 milyon tengə cərimə ödəməli idilər. Lakin sonradan hər iki KİV orqanı bunu icra etməkdən imtina edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam