Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu şəxslərin maaşları artırılıb

 

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb

Yenixeber.org: Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. 

Qərara əsasən, Nazirlər Kabinetinin "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" qərarında dəyişiklik edilib. 

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib: 

Sıra №-si   Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 195
2. 1-ci kateqoriya dövlət orqanlarında 185
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 175
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 145

Əvvəlki cədvəl isə belə idi: 

  Aylıq vəzifə maaşının məbləği(manatla)
Ali kateqoriya dövlət orqanlarında 175
1-ci kateqoriya dövlət orqanlarında 165
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 155
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 130

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam