Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

 

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə
Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur.


Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub. 8 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) təqdim olunub.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib. Qeydiyyatla bağlı bəzi statistik məlumatları təqdim edirik.

7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiüzrə 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir. Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər əsasən Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 32 namizəd), Dövlət Məşğulluq Xidməti, Səbail rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru məsləhətçi (1 yerə 30 namizəd), Dövlət Məşğulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 30 namizəd) vəzifəsi üzrə formalaşıb.
8 fevral tarixində elan edilmiş müsahibədə isə 11 dövlət orqanında 192 vakant icraçı vəzifə üzrə 774 müraciət qeydə alınıb. Orqanlar arasında ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaranıb. Təqdim olunan 3 vakant yerə 62 müraciət var. Ən çox müraciət qeydə alınan dövlət orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (73 vakant yerə 396 müraciət). Lerik Rayon Məhkəməsi üzrə isə təqdim olunan vakansiyalar üçün heç bir müraciət qeydə alınmayıb. Ümumiyyətlə statistika göstərir ki, məhkəmə orqanları tətəfindən rayon-şəhər məhkəmələrində hakim köməkçisi, məhkəmə iclasının katibi və s. vəzifələr üzrə vakansiyalar daha çox təqdim edilmişdir. Qeyd olunan vəzifələrin tutulması üçün staja dair tələb müəyyən edilməməsinə, eləcə də digər şərtlərin daha sadə olmasına baxmayaraq həmin vəzifələr üzrə müraciət edən namizədlərin sayı gözləniləndən az olmuşdur.

Yeni müsahibə elanları zamanı bu vəzifələr üzrə, xüsusilə regionlarda yerləşən rayon-şəhər məhkəmələrində daha çox vakant yerlər təqdim olunacaq və gələcək potensial namizədlərə tövsiyə olunur ki, həmin vakansiyaların müsahibələrində iştirak etmək üçün müraciət etsinlər.

Bundan əlavə, müşahidələr göstərir ki, bəzən namizədlər eyni təsnifat, eyni maaş və eyni tələblər olan iki vəzifədən birinə üstünlük verirlər və kütləvi şəkildə həmin vəzifə üzrə qeydiyyatdan keçirlər. Halbuki hər iki vəzifədə tələblər və şərtlər eyni olur. Bu isə bir vəzifə üzrə yüksək, digəri vəzifə üzrə isə daha aşağı müsabiqə vəziyyətinin yaranmasına səbəb olur.

Müsahibələrin aprel ayının əvvəllərindən etibarən keçirilməsi nəzərdə tutulur. Müsahibələrin keçirilmə qrafiki dövlət orqanları ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə elan olunacaqdır. Hər bir namizəd müsahibə yeri, tarixi və saatı ilə tanış ola biləcəkdir. Müsahibələr Bakı şəhəri ilə yanaşı namizədlərin rahatlığının təmin edilməsi üçün DİM-in Gəncə, Şəki, Şirvan, GöyçayLənkəranBərdəXaçmaz regional bölmələrində də təşkil ediləcək.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam