Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsa Qəmbər Türkiyədəki xəstəxanadan martın 14-də buraxılacaq

 

 

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə aldığı Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasından martın 14-də buraxılacaq

 

Yenixeber.org: Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıqlamasında deyib ki, İsa Qəmbərin səhhəti tam normallaşıb: “Bizdə olan məlumata görə, bu həftənin çərşənbə günü, martın 14-də xəstəxanadan buraxılacaq. Yəqin ki, bu həftənin sonunda, ən geci növbəti həftənin əvvəlində Bakıda, evində olacaq”.

G.Aslanlı qeyd edib ki, İsa Qəmbərin növbəti dəfə müayinəyə ehtiyacı olacaqsa, yenə də Türkiyədəki xəstəxanaya gedəcək: “Azərbaycan həkimlərinin bacarığı göz qabağındadır”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib, onun ürəyinə stentlər qoyulub. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya aparılıb. Xəstəxanadan bildirilib ki, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil, o, ümumi stasionar şöbəyə yerləşdirilib. Daha sonra isə o, Müsavat Partiyasının başqanı Arif Hacılının və Mərkəzi Klinik Xəstəxanasının həkiminin müşayiəti ilə Türkiyənin paytaxtı Ankara şəhərindəki “Hacettepe” xəstəxanasına yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam