Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İŞİD-çı azərbaycanlının kassasiya şikayəti təmin edilməyib

 

 

Azərbaycan Ali Məhkəməsində Suriyada İŞİD-in tərkibində döyüşməkdə təqsirləndiri Marfin Vladimirin barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb

 

Yenixeber.org: Hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, M.Vladimirin kassasiya şikayəti təmin edilməyib.

Cinayət işində adı keçən Rufan Ağcabəyovla bağlı Ali Məhkəməyə hər hansı bir şikayət daxil olmayıb. Bu səbəbdən məhkəmə heyəti onunla bağlı olan hissədə hökmü araşdırmayıb.

Qeyd edək ki, R.Ağcabəyov və M.Vladimir keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs ediliblər. İttiham aktına əsasən, hər iki şəxs 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı ləğv edilən MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Xatırladaq ki, Xaçmaz rayonunda anadan olan R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada gedən döyüşlər zamanı öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Ağcabəyov 13 il, V.Marfin isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Hökmdən narazı qaaln məhkumlar apellyasiya şikayəti veriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam