Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda vahid endirim kartı -Qiymətlər, qaydalar, istifadə yerləri

Bakıda vahid endirim kartı -

 

Fevralın 28-də Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında üçtərəfli qaydada Bakı şəhərinin rəsmi şəhər kartının yaradılması məqsədilə memorandum imzalanacaq

Yenixeber.org: Bu barədə açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun fikrincə, "Baku Card"ın olması ölkəmizə, xüsusən Bakıya səfər edən turistlərdə daha da çox maraq yaradacaq: "Bu, biznes və dövlət strukturlarının birgə və ilk genişmiqyaslı layihəsidir. "Baku Card" Azərbaycanda ilk və yeganə rəsmi şəhər kartı olacaq. Amma ümumiyyətlə götürdükdə bu heç də yenilik deyil və dünyanın bir sıra ölkələrində, xüsusən turistlərin çox ziyarət etdiyi şəhərlərdə bu cür kartlardan istifadə olunur və çox populyardır. Bakıda da bunu çoxdan etmək lazım idi, hətta biz bu məsələdə bir qədər gecikmişik. Nəzərdə tutulur ki, "Baku Card" əldə etmiş həm yerli əhali, həm də xaricdən gələn turistlərin muzey və mədəniyyət mərkəzlərinə girişi, eləcə də ictimai nəqliyyatdan istifadəsi ödənişsiz və ya endirimli olsun. Məsələn, metro və avtobuslar pulsuz, taksilərin bəziləri pulsuz və ya endirimli olacaq. Bundan əlavə, "Baku Card" sahibləri ticarət və istirahət obyektləri - mağazalar, kafelər, restoranlar və s. yerlərdə müxtəlif endirimlər və xüsusi təkliflər əldə edəcəklər. Paketdə yer alan obyektlərin sayı çoxdur və getdikcə də genişlənəcək".

    Büronun sözçüsü qeyd edib ki, bu kartlar 3 cür olacaq: "Hələlik 24, 72 saatlıq və bir həftəlik kartlar olacaq. Qiymətlərə gəlincə, 24 saatlıq kart 35 manata, 72 saatlıq 60, bir həftəlik isə 90 manata olacaq. Kartı alan şəxslər avtomatik olaraq nəzərdə tutulmuş xidmətlər paketini əldə edəcəklər. Bu kartın sahibləri müəyyən xidmətlərdən pulsuz, bəzilərindən isə güzəştli, endirimli istifadə edə biləcəklər. Bu elə bil ki, bonus kartına bənzər bir şeydir. Məsələn, əgər kimsə 24 saatlıq kart götürsə və gün ərzində taksidən istifadə edərsə, kafe və ya restorana gedərsə, supermarketlərdə alış-veriş edərsə, onun üçün endirim olacaq. Paketə yalnız plastik kartlarla ödəniş edilməsi mümkün olan ticarət və xidmət obyektləri, şirkətlər qoşulur. Amma ora dəqiq hansı xidmətlərin və şirkətlərin daxil edildiyi siyahı tam formalaşandan sonra açıqlanacaq. Özü də bu siyahı paketə qoşulan obyekt və şirkətlərin sayı çoxaldıqda mütəmadi olaraq genişlənəcək".

 

K.Quluzadənin sözlərinə görə ki, böyük ehtimalla Bakıda şəhər kartının tətbiqinə Novruz bayramından sonra başlanacaq: "Kartların satışı üçün xüsusi məntəqələrin yaradılması nəzərdə tutulmayıb. Kartlar turizm informasiya köşklərində satılacaq və onların balansını rahat şəkildə onlayn qaydada doldurmaq mümkün olacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam