Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədən dünyaya çağırış:Xocalı faciəsi...

 

Bəşəriyyətin adına qara bir ləkə olan bu cür təcavüzkar təşəbbüslərin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurasının, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının bu qətliama layiq olduğu qiyməti verməsi və gərəkən mövqeyi nümayiş etdirməsi lazımdır

Yenixeber.org:  Bu barədə TBMM-in Xarici İşlər Komissiyasının “Xocalı soyqırımı” barədə bəyanatında deyilib:

“Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın bundan tam 26 il əvvəl “Xocalı”da qarşılaşdıqları vəhşi hücumları və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir, bu ağrını ən səmimi hislərimizlə bölüşürük.

Ermənistanın törətdiyi bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq”.
“Xocalı” şahidlərinin hələ də həyatda olduğunun vurğulandığı bəyanatda, Xocalıda baş verənlərin tarixi bir hadisə deyil, müasir dövrün dəhşətli bir həqiqəti olduğu bildirilib:

“Azərbaycanlı qardaşlarımızla bu haqlı davalarında həmrəy olduğumuzu ifadə etmək istəyirik. Bu yolla hadisənin günahkarlarının beynəlxalq hüquqa uyğun olaraq mühakimə edilməsi və Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarından dərhal geri çəkilməsi ilə bağlı çağırışımızı yeniləyirik. Xocalı qətliamında dünyasını dəyişən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik, kədərli ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam