Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sevgilisinə görə ağlayan polis işini itirdi

 

      Şabran rayonunda qəribə hadisə baş verib. 

    "Xeberinfo.com": Axar.az-ın əldə etdiyi məlumata görə, rayon polis şöbəsinin Vahid adlı polis serjantının ağlayan videosunun yayılması onu işsiz qoyub. 

  Belə ki, Youtube sosial şəbəkəsində polisin telefonda ağlayaraq danışdığı görüntülənib. Videoya baxanda gənc polisin sözlərindən belə nəticə hasil olur ki, sevdiyi qızla yolları ayrılır və bu vidalaşmada ona xoşbəxtlik arzulayaraq, kövrəlir, gözləri yaşla dolur. 

Məlumata görə, polisin sevdiyindən ayrılmasına görə ağlamasının sosial şəbəkələrdə yayımlanması başına dərd açıb, onu işindən azad ediblər. Xəbərdə qeyd olunur ki, bu videonun özü, yoxsa başqaları tərəfindən yerləşdirildiyi məlum deyil. Ancaq görüntülər qabaqdan çəkilib və onun xəbəri olduğu hiss edilir.

Şabran Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Axar.az-a faktı təsdiqlədilər. Rayon Polis Şöbəsindən sözügedən polis serjantının işdən çıxarıldığını bildirdilər: 

“Bununla bağlı əlavə məlumat verməyə ixtiyarımız yoxdur”. 

Mütəxəsislərin rəyinə görə, polis serjantının sevgilisi ilə telefonda danışması və ağlamasına görə işdən uzaqlaşdırılması heç də qanunsuzluq deyil. Çünki polis serjantının bu telefon danışığı uniformada (iş başında) olduğundan, daxili işlər orqanlarında nizamnamə pozuntusu kimi qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam