Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyənin “S-400″ kompleksləri alması sanksiyalarla qarşılaşa bilər –Dövlət Departamenti

 

122e9978-0f2e-4882-945a-938d3865024f_292ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib ki, əgər Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etməsi sanksiyalarla qarşılaşmasa, o, bundan təəccüblənəcək.

Yenixeber.org: Xarici mətbuat xəbər verir ki, Nauert bu müqavilənin NATO razılaşmasını poza biləcəyini bildirib.

“Biz sanksiyaların tətbiqini qabaqcadan xəbər vermirik, amma əgər gələcəkdə sanksiyalar tətbiq edilməsə, bu məni təəccübləndirəcək”, deyə – Nauert qeyd edib.

Qeyd edək ki, Türkiyə Rusiyadan növbəti dəfə “S-400” zenit-raket kompleksi alacaq. İki ölkə arasında imzalanan müqaviləyə görə, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.

ABŞ rəsmisi “İncirlik” hərbi bazasından istifadə üçün Türkiyə tərəfdən hər hansı maneənin olmadığını da deyib. “Türkiyə İŞİD-ə qarşı koalisiyanın bir parçası və NATO-dakı müttəfiqimizdir. İncirlikdən əməliyyatlarımızı davam etdiririk”, – deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam