Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

15 yaşlı girov geri qaytarılır

 

     “Ermənilərin girov götürdüyü Cavid Məmmədovun qaytarılması tərəflərin razılaşmasından sonra baş tutacaq” .

     "Xeberinfo.com": Bunu AzVision.az-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. 

     BQXK-nin rəsmisi bildirib ki, hazırda girovun qaytarılması istiqamətində müzakirələr aparılır.

   “Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərlə müzakirə aparır və bu müzakirələrin mövzusunu ictimaiyyətə açıqlamır. Ümumiyyətlə girovun qaytarılması tərəflərin razılaşmasından sonra baş tutacaq. Bir tərəf qaytarmağa, digər tərəf isə qəbul etməyə razılaşmalıdır. Qayıtmaqla bağlı saxlanılan şəxsində fikirlərini öyrənilməlidir. Bütün bu şərtlər yerinə yetirilərsə, Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi olaraq geri qaytarılmada iştirak edə bilər”. 

    Qondarma “Dağlıq Qarabağ Respublikası” 15 yaşlı Azərbaycan vətəndaşını geri qaytarmağa hazır olduğunu açıqlayıb. 

    Qondarma qurum bunu Cenevrə Konvensiyasının tələblərinə uyğun qaydada həyata keçirmək istəyir. 

    Xatırladaq ki, erməni girovluğunda olan 15 yaşlı II qrup əlil Cavid Məmmədov Tərtər rayon Yol Polisi İdarəsi rəisi müavininin oğludur. Həmçinin Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 15 yaşlı Cavid Məmmədovun məsələsiylə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Durana məktubla müraciət edib. Ombudsman beynəlxalq hüquq normalarına riayət etməklə, Azərbaycan vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlunun təhlükəsizliyinin təmin edilməsini, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəzaya məruz qalmasının qarşısının alınmasını, habelə onun ailəsinə qaytarılmasının sürətləndirilməsinə köməklik göstərilməsini xahiş edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam