Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əfqan Muxtarlı müvəqqəti azadlığa buraxılıb

 

 

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısı və qardaşının övladının yas (qırx) mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb

 

Yenixeber.org: O, hazırda Zaqatala rayonundadır.

Ə.Muxtarlı üç gündən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, keçən il dekabrın 30-da Ə.Muxtarlının bacısı Nuranə Muxtarlı və onun 2 yaşlı övladı, həmçinin 12 yaşlı qardaşı qızı dəm qazından zəhərlənərək ölüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam