Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanla Səudiyyə arasında hərbi danışıqlar aparıldı

 

Azərbaycanla Səudiyyə arasında hərbi danışıqlar aparıldı

Fevralın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org: Qonaqları salamlayan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanıarasında münasibətlərin və əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.

Səudiyyə Ərəbistanına səfəri zamanı İki Müqəddəs Ocağın xadimi, Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Saud və Krallığın Vəliəhdinin varisi, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşlərini xatırladan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində dövlət rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulayıb və bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.



Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan Müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanın daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.

Qəbul üçün təşəkkürünü bildirən və səfərdən məmnunluq hissini ifadə edən nümayəndə heyətinin rəhbəri general-mayor Əli bin İbrahim Fəvvaz Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə və Müdafiə nazirinə Krallığın rəhbərliyinin salamlarını çatdırıb. Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.

General-mayor Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.

Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam