Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Direktorla dalaşan "Drakon" polisə verildi -Video

 

 

Bakı şəhəri 220 nömrəli məktəb – liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır

 

Yenixeber.org: BŞTİ-dən verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeyntəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

“Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Bakı şəhəri 220 nömrəli məktəb – liseyin direktorunun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələnin nədən qaynaqlandığına gəlincə, 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarım ildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub. Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib. Hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən də müvafiq araşdırmalar aparılır” – məlumatda bildirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam