Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri əməkdaşlıq edəcək

 

 

 Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada səfərdə olub

 

Yenixeber.org: Səfər Buxarest Politexnik Universitetinin rektoru Mihnea Kostoyun dəvəti ilə həyata keçirilib. 

Səfər çərçivəsində iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, gələcəkdə universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, elmi konfrans və ikili diplomların təsis edilməsi və digər məsələlər nəzərdə tutulur. Bununla yanaşı, Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri arasında birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfransın keçirilməsi də planlaşdırılır. Nümayəndə heyəti Buxarest Politexnik Universitetinin elmi tədqiqat və tədris laboratoriyaları və Bolonya prosesinə uyğun tədris prosesinin təşkili istiqamətində universitetdə aparılan işlərlə tanış olublar. 

BMU təmsilçiləri Buxarestdəki Tey Parkı - Heydər Əliyev xiyabanında ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam