Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

İrland yeniyetmənin ayağını tərsinə tikdilər– FOTO

İrland yeniyetmənin ayağını tərsinə tikdilər

 

 

 

Şimali İrlandiyada yeniyetmənin amputasiya olunan ayağı dizinə tərsinə tikilib.

     Yenixeber.org: Bu barədə “Daily Mail” məlumat yayıb.

15 yaşlı Tristin Stüart 2014-cü ildən kəskin ayaq ağrılarından əziyyət çəkib. Ağrıların başladığı müddətdən iki il sonra ona sinovial sarkoma (aşağı və yuxarı ətrafların sinovial təbəqələrində müşahidə olunan çox nadir bədxassəli şiş - red.) diaqnozu qoyulub. Metastaz riksi yüksək olduğundan yeniyetmənin yalnız amputasiya olunacağı təqdirdə sağ qalacağı bildirilib.

Həkimlər ayağı tam deyil, yalnız baldır hissədən kəsib, sonradan sağlam hissəni dizə tərsinə, yəni pəncəsi arxaya tikməyi təklif edib. Bildiriblər ki, belə olan halda baldırla pəncəni birləşdirən oynaq diz rolunu oynayacaq və bu, protezdən istifadəni asanlaşdıracaq. Stüart bununla razılaşıb.

Amputasiyadan sonra yeniyetmə bir müddət yalnız əsanın köməyi ilə yerisə də, hazırda protezlə sərbəst şəkildə hərəkət edə bilir və “baş-ayaq” tikilmiş ayağı ilə qaçmağı öyrənməyə çalışır.

“Ayağın pis, ya yaxşı görünməsinin nə fərqi var?! Mənim üçün əsas yenidən qaçmağı öyrənməkdir. Buna nail olacağıma inanıram”, – deyə pasiyent bildirib.

 

www.oxu.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam