Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

SENSASİYA:Aprel döyüşlərinə qatılan ermənilər Afrində Türkiyəyə qarşı vuruşur

SENSASİYA: Aprel döyüşlərinə qatılan ermənilər Afrində Türkiyəyə qarşı vuruşur

2016-cı ilin aprelində Azərbaycana qarşı döyüşən erməni, PKK və YPG terrorçuları bu gün Suriyada “Zeytun budağı” əməliyyatında Türkiyə ordusuna qarşı vuruşur.

Yenixeber.org: Bunu Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib. 

G.Gülbey vurğulayıb ki, Suriyada yaşayan ermənilər hər zaman Türkiyəyə qarşı olublar: 

“Onlar ya Əsədin yanında, ya da YPG terror təşkilatının tərkibində Türkiyəyə qarşı döyüşüblər. Ermənilərin YPG və PKK ilə birlikdə hərəkət etdiklərini dəfələrlə bildirmişik. 2016-cı ilin aprelin döyüşləri zamanı İran və Türkiyənin Ağrı dağı bölgəsindən keçərək Ermənistana dəstək üçün 400 nəfər PKK və YPG yaraqlısı gedib. Onların 150-i Suriya ermənisi, 250-i isə Suriya və Türkiyə mənşəli PKK üzvü kürdlər idi”. 



ASİMDER rəhbərinin sözlərinə görə, Türkiyədə yaşayan ermənilərin katolikosu türk ordusuna müvəffəqiyyət arzulasa da, onun səmimiliyi inandırıcı deyil: “Katolikos Almaniyada yaşayan ermənilərin ruhani lideri Qaraqin Bekçiyandır. Bu adamAvropada və Almaniyada HDP, yəni PKK və YPG-nin siyasi qanadı olan partiyaya səs toplayıb. Belə bir düşüncəyə sahib birinin Türk ordusuna müvəffəqiyyət arzulaması nə qədər inandırıcı ola bilər? Bu baxımdan katolikosun səmimiliyinə inanmıram və ermənilərə güvənmirəm”.(azvision)

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam