Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hesablama Palatasında audit nəticələri müzakirə olunub

 

Palatada audit nəticələri müzakirə olunub

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Yenixeber.org: Hesablama Palatasından verilən xəbərə görə, əvvəlcə kollegiya üzvləri və struktur bölmə rəhbərləri xalqımızın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib.

iclasda 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə sovet ordusunun xüsusi dəstələrinin Azərbaycana yeridilməsi nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz həbs olunduğu, 200 evin, 80 avtomaşının, o cümlədən təcili yardım maşınlarının, külli miqdarda şəxsi və dövlət əmlakının məhv edildiyi, dövlət əmlakına külli miqdarda ziyan vurulduğu, öldürülənlər arasında beş millətin nümayəndəsinin, 20-dən çox qadın və uşağın olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, 20 Yanvar müstəqillik və suverenlik uğrunda ümumxalq mübarizəsinə qalxmış Azərbaycanın azadlıq mübarizəsi tarixinin ən şanlı, eyni zamanda qanlı səhifələrindən biridir. 28 il əvvəl Qanlı Yanvar günlərində Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı qırğın törədildiyi, bunun, milli mənliyə, milli dəyərlərə, insanlığa qarşı bir cinayət olduğu bir daha bəyan edilib. İyirmi səkkiz ildir ki, Şəhidlər xiyabanının xalqımızın and yerinə, müqəddəs ziyarətgahından birinə çevrildiyi, Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğu, Azərbaycan tarixinin hüznlü olduğu qədər də, şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Sonra həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. Dövlət büdcəsindən Serbiya Respublikasına verilmiş kreditlərin kredit sazişinin şərtlərinə uyğun olaraq ayrılması və xidmət edilməsinə dair təhlilin nəticələri üzrə, dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair auditin nəticələri üzrə, dövlət büdcəsindən BakıApellyasiya Məhkəməsinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının 2018-ci il üçün iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiqlənib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam