Şimali Koreyanın prezidenti Kim Çen In ABŞ prezidentinin “nüvə düyməsinin ölçüsü” haqqındakı mesajına iki həftə sonra cavab verib.

Yenixeber.org: Şimali Koreyanın dövlət qəzetində Trampın bu sözləri “dəli zarıması” və “quduz itin hürməsi” kimi qiymətləndirilib.

Bu ikili arasında gərilim Trampın yeni ildə bir “nüvə düyməsi” düzəltməsi və bu düymənin Kimin düyməsindən daha böyük olduğunu tviterdə yazmasıyla başlayıb.

Bundan əvvəl isə Kim Çen In Tramp üçün “Qoca”, Tramp isə öz növbəsində “Raket oğlan” ifadəsini işlədib.(minval)

 

Tamerlan Mehdi