Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əfqan Muxtarlıya hökm oxundu

Əfqan Muxtarlıya hökm oxundu

 

Jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib

 

Yenixeber.org: Bu gün Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Günün ikinci yarısında hökm elan ediləcəyi gözlənilir.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

***

Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam