Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Misirdə prezident seçkilərinin vaxtı məlum oldu-birinci tur martda keçiriləcək

Misirdə növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.

Yenixeber.org: “Anadolu”ya istinadən xəbərə görə Misir Milli Seçki İdarəsinin sədri Laşin İbrahim seçkilərin martda keçiriləcək birinci turunun nəticələrinin aprelin 2-də açıqlanacağını bildirib. O qeyd edib ki, seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-da, 17-də və 18-də təşkil olunacaq. Misirdə isə seçicilər martın 26-da, 27-də və 28-də səs verə biləcəklər. Birinci turda namizədlərdən biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs alan iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. İkinci turda isə səsvermə xaricdə yaşayan misirlilər üçün aprelin 19-21-də, ölkədə isə aprelin 24-26-da keçiriləcək.

Misir Milli Seçki İdarəsi daha əvvəlki açıqlamasında seçici siyahılarının yenilənəcəyini, adları terrorçu siyahılarına düşən və barələrində məhkəmə qərarları olanların siyahılardan çıxarılacağını bəyan etmişdi.

Seçkilərdə hazırkı prezident Əbdülfəttah əs-Sisinin və müxalifət fəalı Xalid Əlinin namizəd olacağı ehtimal edilir.

Xatırladaq ki, Əbdülfəttah əs-Sisi 2014-cü ilin mayında prezident postuna seçilib, iyunun 8-də isə səlahiyyətlərinin icrasına başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam