Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakı quş qripi ilə əlaqədar narahat deyil

Bakı quş qripi ilə əlaqədar narahat deyil

 

 

Bakı quş qripi ilə əlaqədar Rusiyadan quş əti idxalına qadağa qoymaq niyyətində deyil

 

Yenixeber.org: Azərbaycan  Rusiyadan quş ətinin idxalını qadağan etmək niyyətində deyil, Ona görə ki, həmin ətlər, bir müddət əvvəl quş qripinin aşkarlandığı Kostrom vilayətindən göndərilmir.

Bu barədə RİA Novosti ölkənin kənd təsərrüfatı nazirliyi nəzdində dövlət baytarqlıq xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyə istinadən məlumat yayıb.

Dekabrda  Kostrom vilayətində yerləşən quşçuluq fabrikində  toyuqlarda  A qrupu H5 tipindən olan  virusun aşkarlanmasından sonra, müəssisədə karantin elan olunmuşdu.  Ötən ilin yanvar ayında Moskva və Moskvanın şəhər kənarında  quş qripinin ortaya çıxmasından sonra, Azərbaycan Rusiyadan quş idxalına müvəqqəti olaraq qadağa qoymuşdu.

“Azərbaycan  quş ətini və məhsullarını quş qripinin aşkarlandığı  Kostrom vilayətindən idxal etmir, ona görə də toyuq məhsulların Rusiyadan idxalına qadağa qoyulmasına lüzum görmürük” – deyə baytarlıq xidmətinin rəsmisi bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, quş qripi əksər hallarda simptomları nəzərəçarpmayan, quşlara aid infeksion virusdur. Bəzi hallarda virus  “canlı növü baryerini” aşaraq, insanlara və digər canlılara ötürülə bilir, xəstəlik və simptomsuz infeksiyaya səbəb olur. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam