Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyədə azərbaycanlılara "qadağa qoyan" şirkətdən- Açıqlama

Türkiyədə azərbaycanlılara "qadağa qoyan" şirkətdən

 

 

Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyədəki otellərinə azərbaycanlı müştərilərin qəbul edilməsinə qadağa qoyub

 

Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, Q.Həsənovun otellərində bütün millətlərə, o cümlədən erməni əsilli turistlərə xidmət edilsə də, yalnız azərbaycanlıları qəbul etmirlər.

Bu vaxta qədər Azərbaycanda adı o qədər də bəlli olmayan Qabil Həsənov kimdir?

Əldə etdiyimiz məlumata görə, Q.Həsənov əsasən Rusiyada böyük biznesə sahib olub. Daha sonra isə Avropa ölkələrində də müəyyən fəaliyyət göstərib. Son illər, xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiyadakı əmlakını sataraq, biznesini Türkiyəyə köçürüb.

Türkiyədə “Tez Tour” şirkətinə məxsus “Alva Donna Beach Resort Comfort” otelini alıb. O, həmçinin Antalyanın Belek rayonunda da “Alva Donna” adında beşulduzlu otelə sahibdir.

“Tez Tour” Türkiyənin ən məşhur şirkətlərindən biri sayılır. 1994-cü ildə iki rus və bir türk iş adamı – Ləvənt Aydın, Aleksandr Burtin və Aleksandr Sinigibiskiy tərəfindən qurulub. Qısa müddətdə məşhurlaşıb, 28 ölkədə fəaliyyətini qurub: ümumilikdə beşulduz olmaqla 1272 otelə sahib, 99 turist agentliyi ilə dünyanın ilk 500 şirkəti sırasında 113-cü yerə qalxıb.

Ancaq 2012-ci ildə aralarında yaranan anlaşılmazlıq səbəbindən Ləvənt Aydın şirkətdən ayrılıb. Bundan sonra “Tez Tour”un çöküşü başlayıb. 2015-ci ilə qədər şirkət müflisləşmənin bir addımlığına qədər gəlib və dövlətə 322 milyon borclanır. Şirkətin illik gəliri yüksək olsa da, illərdir vergi borclarını ödəyə bilməyib.

Nəticədə məhkəmə çəkişməsi başlayıb və məhkəmənin şirkətin əmlakına əl qoyub, şirkətə rəhbərlik isə dövlət nümayəndəsinə keçib.

2015-ci ildə şirkətin səhmlərinin bir hissəsi satılıb. Ancaq indiyə qədər şirkətin səhmlərini alan şəxsin adı gizli saxlanılır.

***

Türkiyə təmsiliyinin sorğusuna cavab olaraq şirkətdən bildirilib ki, onlar otelə birbaşa turist qəbul etmirlər, bütün sifarişlər “ETS Tur” tərəfindən verilir.

***

“Alva Donna Hotels” şirkətinin baş koordinatoru Şövkət Bilən Egey təmsilçisi Nigar Ögedaya eksklüziv açıqlamasında bildirib ki, yayılan bu məlumatların heç bir əsası yoxdur:

“Şirkətimiz məhz ermənilərə xidmət etmir və Ermənistanla heç bir əlaqəmiz yoxdur. Başda Azərbaycan olmaqla isə MDB ölkələrinin hamısında turizm şirkətləri ilə müqavilələrimiz var. Bundan əlavə, istənilən Azərbaycan vətəndaşı istədiyi vaxt internet üzərindən şirkətimizin saytına girməklə, otel nömrəsi bron edə və bizim yüksək səviyyəli xidmətimizdən bəhrələnə bilər”.

Ş.Bilən xüsusilə vurğulayıb ki, Azərbaycanda yayılan bu xəbərlərdən məlumatlıdırlar və bunu qara piar hesab edirlər:

“Bu, şirkətimiz əleyhinə, işgüzar nüfuzumuzu ləkələməyə çalışanların apardığı çirkin kampaniyadır və biz buna qarşı mütləq addımlar atacağıq. Artıq hüquq şöbəmiz də məlumatlandırılıb və biz bu kampaniyanı başladanları məhkəməyə verəcəyik”.

Ş.Bilən azərbaycanlı iş adamı Qabil Həsənovun öz vətəninə və torpağına bağlı olduğunu, yayılan bu məlumatların ona da pis təsir etdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam