Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran kəşfiyyatı:Terrorçu qruplaşma darmadağın edilib

İran kəşfiyyatı:

 

İranın Kəşfiyyat Nazirliyi cümə axşamı ölkədə işğtişaşları təhrik etməyə çalışan terrorçu qruplaşmanın darmadağın edilməsi, üzvlərinin isə təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra həbs olunması barədə məlumat yayıb

 

Yenixeber.org: “Silahlı qruplaşma ölkədə başlayan iğtişaşları dəstəkləmək üçün partlayışlar törətmək və günahsız insanları öldürmək məqsədilə İrana girib”, - deyə nazirliyin bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, terrorçular Qərbi Azərbaycan ostanının cənub-qərbində yerləşən Piranşəhr şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşmada hüquq-mühafizə orqanlarının üç əməkdaşını öldürüblər.

Əməliyyat zamanı bir terrorçu öldürülüb, digər qruplaşma üzvləri isə toqquşma nəticəsində yaralanıblar.

Məlumata görə, əməliyyat zamanı silahlar, o cümlədən Kalaşnikov avtomatları, əl qumbaraları, hərbi forma və iğtişaşları təhrik etməklə bağlı təlimatlar aşkarlanıb.

Bəyanatda deyilir ki, bundan əvvəl İranın qərbində daha üç terrorçu qruplaşma aşkarlanaraq, darmadağın edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam