Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yanan binaya görə təqsirləndirilən şəxslərdən biri azadlığa buraxıldı

Yanan binaya görə təqsirləndirilən şəxslərdən biri azadlığa buraxıldı

 

Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb

 

Yenixeber.org: Təqsirləndirilən şəxslərdən biri Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov cəzasının 1/3 hissəsini çəkdiyi üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin edib və azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyənləşib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlakının müsadirə olunmasını tələb etməsə də, məhkəmə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb.

Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan evin, M. Mahmudovun torpaq sahələrinin, mənzillərinin, digər təqsirləndirilənlərin əmlaklarının müsadirə olunmasına qərar verilib. İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyənləşməyib. Hökmdən verilən apellyasiya şikayətləri təmin edilməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam