Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ASAN xidmət” mərkəzlərində Beynəlxalq Bankın nağdsız ödənişlər üçün POS-terminalları quraşdırılıb

 

 

 

 

 

Bakıda fəaliyyət göstərən 1, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının POS-terminalları quraşdırılıb

 

 

 

 

 

        Yenixeber.org:  Bankdan verilən məlumata görə, vətəndaşlar bu imkandan faydalanaraq Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə ödənişləri, o cümlədən büdcə ödənişlərini ölkəmizdəki bütün bankların plastik kartları vasitəsilə nağdsız qaydada yerinə yetirə bilərlər.

Belə bir yenilik, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülən işlərin nəticəsidir.

 

Qeyd edək ki, bu məqsədlə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir sıra dövlət qurumlarının iştirakı ilə müvafiq İşçi Qrupu yaradılıb. İşçi Qrupunda “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankı da təmsil olunur.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam