Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ramil Usubov Milli Qəhrəmanın oğlunu işə götürdü– FOTO

Ramil Usubov Milli Qəhrəmanın oğlunu işə götürdü

 

Məhbus qiyamının yatırılması zamanı həlak olan polis kapitanı Gündüz Abdullayevin ailəsinin müraciətinə müsbət cavab verilib

 

Yenixeber.org: Kapitanın həyat yoldaşı Ulduz Abdullayevanın Femida.az -a verdiyi məlumata görə, oğlu Xəyyam Abdullayev yenidən Daxili Qoşunlara işə bərpa olunub: “Sizin saytınıza keçən dəfə yoldaşımla bağlı verdiyim müsahibədə cənab nazir Ramil Usubovdan oğlumun yenidən polisə bərpa olunmasını xahiş etmişdim. Cənab nazir hər zamankı kimi, bu dəfə də ailəmizə olan diqqətini əsirgəmədi. Onun göstərişi ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bizi qəbul etdi. 

Oğlumun yenidən Daxili Qoşunlara bərpasına kömək etdilər. Oğlumu Sumqayıtda daxili qoşunların taqım komandiri vəzifəsinə təyin etdilər. Mətbuat vasitəsilə cənab nazir Ramil Usubova və Daxili Qoşunların komandanı Şahin Məmmədova və onun müavini - Qərargah rəisi Şirin Xəlilova təşəkkürümü bildirmək istəyirəm. Çünki onların ailəmizə dəstəyini hər zaman görmüşük”.

Xatırladaq ki, kapitan Gündüz Abdullayev Qarabağ döyüşlərində uzun yol keçdikdən sonra 1999-cu ilin yanvarında Qobustan həbsxanasında baş vermiş qiyamın yatırılması zamanı həlak olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam