Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənilərdən sərsəm Bavariya iddiası

 

Ermənilər Almaniyanın Bavariya ərazisinin tarixən ermənilərə məxsus olduğunu və bavarların mənşəcə erməni olmasını iddia edirlər. 
 "Xeberinfo.com": Məlumata görə, bu barədə erməni tarixçi Ruben Barents yeni çapdan çıxmış “Geosiyasət. Daxildən baxış” kitabında iddia edir. İrəvan Geosiyasi Klubunda müzakirəyə çıxarılmış kitabda müəllif yazır: 
“Cavan olarkən, 1968-ci ildə Moskvada idim, paytaxtda “Ekspo 1968. Bavariya - torpaq və insanlar” sərgisi keçirilirdi. Bukletlərin birində Bavariyanın erməni mənşəyi barədə yazı aşkarladım. İllər keçməsinə baxmayaraq o sözlər yadımdan çıxmır. “Roma yerli erməni əhali ilə yaxşı münasibət qurmaq üçün Bavar adlı ermənini Bavariyaya prokurator təyin etdi”. Həmin yazını sonradan əldə etmək üçün cəhdlərim Almaniyada, eləcə də Bavariyanın özündə böyük müqavimətlə üzləşdi”, - deyə müəllif bildirir. 
Bavariya barədə başqa məlumatlar var və qərb mənbələri bavarları hunların nəsli sayırlar. Bavariya arxivlərində 16-17-ci əsrlərə qədər evlərin “kupçisi” türk runa əlifbası ilə qədim türk dilində yazılıb. Bavarlar Osmanlı zamanına qədər evlərində türkcə danışıblar və yalnız Osmanlı zamanında türk dilini düşmən dinin (İslamın) dili sayaraq ondan imtina ediblər. 
Ermənilərin bütün dünyada türk irsinə iddia etməsi artıq adətə çevrilib. Ermənilər hətta utanmadan Altay dağlarında türk hökmdarın kurqanında tapılmış Pazırıq xalçasının Ermənistanda toxunduğunu iddia edirlər. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam