Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Bu günə olan hava proqnozu

 

Bu günə olan hava proqnozu

Yenixeber.org: Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturunun Abşeronyarımadasında gecə 3-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insalar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, maksimal temperatur 5-8 dərəcə isti təşkil edəcək.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam