Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ziyafət Əsgərov Moskvada narkomaniyadan danışacaq

 

Ziyafət Əsgərov Moskvada narkomaniyadan danışacaq

Yenixeber.org: Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti “Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq parlament konfransında iştirak etmək üçün dekabrın 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərə yola düşəcək.

Tədbirə dünyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və aparıcı ekspertlər dəvət olunub. Beynəlxalq konfransın plenar iclasında Rusiya Dövlət Dumasının sədri Vladimir Volodin və Dumadakı fraksiyaların liderləri, BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının təmsilçiləri, Rusiyanın xarici işlər və səhiyyə nazirləri, konfransda iştirak edən xarici parlament nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər. 

Azərbaycan nümayəndə heyətinin başçısı Ziyafət Əsgərov çıxışı zaman narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair fikirlərini bölüşəcək, təkliflərini diqqətə çatdıracaq. 

Plenar iclasdan sonra konfrans öz işini üç seksiyada davam etdirəcək. Narkotikdən asılılığın aradan qaldırılması və narkomanların reabilitasiyasında müasir metodlar, narkotəhlükəyə qarşı mübarizə məsələləri gündəmdə olacaq. 

Milli Məclisin birinci vitse-spikeri “Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş seksiyada aparılan müzakirələrə qatılacaq. 

Səfər dekabrın 5-də başa çatacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam