Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Qəhrəman Çingiz Qurbanovun ad günü qeyd edilib– FOTO

Milli Qəhrəman Çingiz Qurbanovun ad günü qeyd edilib

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Çingiz Salman oğlu Qurbanovun ad günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib

 

Yenixeber.org: Müdafiə Nazirliyinin bir qrup hərbi quluqçusu, şəhidin ailə üzvləri, eləcə də Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanın məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil qoyub və qərənfillər düzüblər.

Anım mərasimində Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söhbət açıb. Şəhid əsgərin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu, Silahlı Qüvvələr tarixində ilk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə adının xidmət etdiyi döyüş mövqeyinə verildiyini və şəxsi heyətin daimi siyahısına salındığını qeyd edib.

A.Qurbani Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2017-ci il fevralın 9-da Mili Qəhrəman Ç.Qurbanovun ailə üzvləri ilə görüşdə dediklərini mərasim iştirakçılarına bir daha xatırladaraq bildirib ki, əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

Polkovnik Münasib Babayev Milli Qəhrəman Ç.Qurbanovun öz igidliyi ilə Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazdığını, hər bir hərbi qulluqçu üçün örnək olduğunu vurğulayıb və böyük qürur hissi ilə deyib ki, hazırda ordumuzun sıralarında yüzlərlə, minlərlə Çingiz kimi igid oğullar var və onlar ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.

Qusar rayon İcra Hakimiyyəti Başçısının müavini Elman Mustafayev bildirib ki, ordu sıralarına fiziki və mənəvi cəhətdən sağlam gənclərin hazırlanması, ordu ilə xalqın birliyinin daha da möhkəmləndirilməsi məsələləri Qusar rayonunda da prioritetdir. Bu məqsədlə Müdafiə Nazirliyi ilə birgə keçirilən kütləvi vətənpərvərlik tədbirləri mühüm əhəmiyyət kəsb edir.

“Dekabrın 29-da oğlumun həlak olduğu vaxtdan düz bir il ötəcəkdir. Ancaq bu müddət ərzində dövlətimizin başçısından, Müdafiə Nazirliyinin rəhbərliyindən, eləcə də qədirbilən, xeyirxah xalqımızdan o qədər diqqət və qayğı görmüşük ki, oğul itkisini tamamilə unutmuşuq. Digər oğlum da, mən də Ali Baş Komandanın əmri ilə silah götürüb döyüşə yollanmağa hər an hazırıq. Təki Vətən sağ olsun!”, - şəhidin atası Salman Qurbanov deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam