Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Elşad Miri:Quran müqəddəs kitab deyil – VİDEO

Elşad Miri:

 

“Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”

 

Yenixeber.org: Bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən bildirib.

Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.

- Bu Quranı adiləşdirmir?

Bəs biz niyə Quranı müqəddəsləşdirməliyik?

- Bu fikirlərinizə etiraz edən müsəlmanlar onu dəlil olaraq göstərirlər ki, Qurani Kərim müqəddəsdir və biz ona istənilən halda digər kitablar kimi yanaşsaq, digər kitabları necə dəstəmazsız əlimizə alırıqsa Qurani Kərimi də o cür əlimizə alsaq, bu yanaşma Quranı adiləşdirir.

- Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı nə deyəcəkdiniz? Məsələn biz bu gün bir sorğu keçiririk, yəqin ki yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində  müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi Tövratdır. Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq sadəcə burada ərəb əlifbasının olmasıdırmı?  O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam