Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Deputatlar hökumət qarşısında “qanpulu” məsələsini qaldırdılar

 

Milli Məclisin plenar iclasındakı büdcə müzakirələrində çıxış edən deputat Vahid Əhmədov növbəti dəfə şəhid ailələrinə və əlillərə ayrılmalı olan sığorta haqqı ilə bağlı məsələ qaldırdı

 

 

Yenixeber.org: “Biz bir neçə dəfə “qanpulu” mövzusuna toxunmuşuq. Bununla bağlı hörmətli sədr Maliyyə Nazirliyinə müraciət edib. Çox təəssüflər olsun ki, bu məsələ həllini tapmır. Bu məsələ insanları çox narahat edir”.

V.Əhmədov bu vəsaitin böyük olduğunu da xatırlatdı: “Amma hökumətdən xaghiş edirəm ki, bu məsələyə baxsın. Demirəm k, vəsait birdən-birə ödənilsin. Amma gec-tez bu məsələni həll etməliyik”.

Image result for Zahid Oruc

 

Deputat Zahid Oruc da həmin mövzuda danışaraq deyib: “Biz əlillərə göstərdiyimiz münasibəti ayrı-ayrı şəxslərə göstərmirik, bu, Qarabağa olan münasibətdir. Çünki Qarabağ müharibəsi bitməyib. Birinci qrup əlillər üçün 401 manat, ikinci qrup əlillər üçün 290 manat təqaüd nəzərdə tutulub. Bu məbləğə biz yenidən baxmalıyıq”.

Deputat Zahid Oruc bu fikirləri büdcə müzakirələri zamanı söylədi. “Qarabağda həyatını itirən şəxsə 20 min, əlil olan şəxsə 10 min dollar verilir”-deyən Z.Oruc Azərbaycandakı Qarabağ döyüşçüləri ilə bağlı da addımların atılmasını zəruri saydı. “Təklif edirəm ki, Qarabağ əlillərindən bir nəfər əmək və əhalinin sosial müdafiə nazirinin müavini olsun. Bu, Qarabağ əlillərinin problemlərinin diqqətdə saxlanılması üçün mühüm addım olar”-Z.Oruc bildirdi.

Deputat ardınca şəhid ailələrinin “qanpulu” mövzusuna da toxunub və şəhidlərin “qanpulu”nu ödəmək üçün vəsaitin olmamasından gileylənən hökumətə maraqlı bir təklif verib: “11 min insanın problemini həll etməklə bağlı mənbə axtarırlar. Bu, populizm kimi görünməsin. Allah hər birimizə uzun ömür versin. Bizim həyatımız sığorta olunub. Bizim həyatımızın sığorta pullarını götürüb versinlər həmin 11 min adama. Nə qədərinə çatar, onlara verilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam