Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tiflisdə keçirilən antiterror əməliyyatında daha bir xüsusi təyinatlı yaralanıb -VİDEO - YENİLƏNİB

Tiflisdə keçirilən antiterror əməliyyatları zaman daha bir xüsusi təyinatlı yaralanıb.
Yenixeber.org: Binada gizlənən terrorçularla xüsusi təyinatlılar arasında baş verən atışma zamanı yaralanan xüsusi təyinatlı təcili xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçuların atəş nöqtələrindən birinə qumbaraatanla atəş açılıb. İlkin məlumatlara gorə, bir terrorçu məhv edilib.

*** 

Tiflisdə keçirilən antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərməkdə şübbhəli bilinən bir nəfər saxlanılıb.

"Report"un Gürcüstan burosu xəbər verir ki, onun kimliyi və hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi məlumata görə, saxlanılan terrorçu xarici ölkə vətəndaşıdır: 

"O, Gürcüstan vətəndaşı deyil. Həmin şəxs xarici terrorçu qruplaşmanın üzvüdür", - məlumatda vurğulanıb. 

Əməliyyat davam edir. 

*** 

Gürcüstan paytaxtı Tiflisin İsani-Samqori rayonunda ötən gecə saatlarından başlayan antiterror əməliyyatı davam edir.

"Report"un Gürcüstan burosu xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub. 

Nəticədə bir xüsusi təyinatlı yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerinə zirehli texnika gətirilir.

Ölən və yaralananlar barədə əlavə məlumat verilmir. Əvvəlcə doqquzmərtəbəli binada iki terrorçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər. 

Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları "Report"un yerli bürosuna bildiriblər ki, xüsusi təyinatlılar terrorçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam