Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ara Papyan:“Aprel müharibəsinə görə erməni generalları həbs edilməlidir”

 

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin direktoru Ara Papyan “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” qanun layihəsini tənqid edib. Həmin sənədə əsasən, Ermənistanda dövlət sifarişi üzrə ali təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququ ləğv edilir.

Yenixeber.org: Erməni mənbələri xəbər verir ki, ekspertin sözlərinə görə, Ermənistan parlamentində birinci oxunuşda qəbul edilmiş qanun layihəsi emiqrasiyanı gücləndirəcək.

“İnsanlar artıq indidən 18 yaşına çatmamış övladlarını ölkədən çıxarırlar ki, hərbi xidmətdən yayınsınlar, - Papyan müsahibəsində deyib. – Bu qanunla emiqrasiya güclənəcək”.

O əlavə edib ki, qanun layihəsi yaxşı motivlərlə köklənsə də, ədaləti təmin etməyəcək, yenə dolayı yollar tapanlar olacaq. “Elə təklif qəbul edilməlidir ki, məsələn, hərbi xidmətdə olmayanlar müəyyən vəzifələri tuta bilməsinlər”, - ekspert deyib.

Papyanın sözlərinə görə, Azərbaycanın Ermənistandan üstünlüyü ondadır ki, insan ehtiyatlarına deyil, texnologiyalara istinad edir.

Onun fikrincə, orduda ədalət vacibdir. “Misal üçün, hazırda həbsxanalar aprel müharibəsini uduzmuş general və zabitlərlə dolu olmalı idi”.

Xatırladaq ki, qanun layihəsi ölkədə böyük rezonans doğurub və tələbələr etiraz aksiyaları keçiriblər.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam